İspaniya La Liqasında 19-cu turun mərkəzi oyunu baş tutub.
Kriminal.Az xəbər verir ki, "Barselona" öz meydanında Madird "Atletiko"sunu qəbul edib.
Meydan sahibləri 30-cu dəqiqədə Pedrinin qolu ilə önə keçsələr də, Simeonenin yetirmələri oyunda geridönüş etməyi bacarıblar. 60-cı dəqiqədə De Paulun dəqiq zərbəsi qonaqlara hesabı bərabərləşdirməyə imkan verib. Matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə (90+6) isə Serlot fərqlənərək Madrid klubuna vacib 3 xalı qazandırıb - 1:2.
Hazırda "Barsa" 19 oyundan sonra 38 xalla yarış cədvəlində ikinci pillədədir. Ondan bir oyun az keçirən "Atletiko" isə 41 xalla çempionatda liderliyə yüksəlib.