kriminal.az
Azərbaycanda saxlanılan futbolçuların adları açıqlandı

Azərbaycanın I Liqasında mübarizə aparan "Mingəçevir" klubunun saxlanılan futbolçularının kimliyi məlum olub.

Kriminal.Az xəbər verir ki, saxlanılan futbolçular arasında qapıçı Mövlan Kərimov, müdafiəçi Xəyal Muradov, yarımmüdafiəçilər - Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov və Elnur Mirzəyevin adı hallanır.

Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

Qeyd edək ki, hadisə komandadaxili iclasdan sonra baş verib. Futbolçular toplantının ardından Mingəçevirdən Bakıya gətiriliblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərilib.

Azərbaycanın I Liqasında çıxış edən "Mingəçevir" klubunun səkkiz futbolçusu oyun alqı-satqısı ilə bağlı mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə Kriminal.Az-a açıqlamasında AFFA-nın mətbuat katibi Elnur Məmmədli məsələdən xəbərdar olduqlarını və hazırda araşdırma aparıldığını bildirib.

"AFFA bu məsələlərdə daim sərt mövqe tutub və bundan sonra da oyunların manipulyasiya edilməsinə qarşı ciddi mübarizə aparacaq. Bəli, dediyiniz məsələdən xəbərdarıq. Sadəcə hazırda araşdırma getdiyindən məsələ ilə bağlı geniş açıqlama verə bilməyəcəyik. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə E.Məmmədli bildirib.

Qeyd edək ki, "Mingəçevir" klubunun futbolçuları ilə yanaşı, "Şamaxı"nın da keçmiş iki futbolçusu Adil Nağıyev və Georgi Kantariya ilə bağlı araşdırmalara başlanıb.

Top
0.052164077758789