kriminal.az
Əfsanəvi pilot Ayrton Sennanın kombinezonu satışa çıxarılacaq

Fevralda Parisdə "RM Sotheby's" hərracına qeyri-adi lot çıxarılacaq.

Kriminal.Az auto.ru-ya istinadən xəbər verir ki, bu, Ayrton Sennanın karyerasının əlamətdar 1988-cil il mövsümündə geyindiyi kombinezondur.

Onun 40-60 min avroya satılacağı gözlənilir.

Qeyd edək ki, 1988-ci ildə braziliyalı "Lotus"dan "McLaren" komandasına keçib və burada Alan Prostun komanda yoldaşı olub. Yeni gələn ilə ikiqat çempion arasındakı rəqabətə görə, həmin mövsüm "Formula-1" tarixində ən dramatik mövsümlərdən biri adlanır. Senna və Prost eyni komandaya mənsub olmalarına baxmayaraq, bir-biri ilə ciddi rəqabət aparırdılar və bəlkə də komandaya mövsümdə 16 yarışdan 15-də qələbə qazandıran da məhz bu rəqabət idi.

1988-ci ildə Ayrton Senna səkkiz dəfə podiumun ən yüksək pilləsini tutaraq ilk dəfə dünya çempionu olub. Bundan əlavə, o, bir mövsümdə qələbələrin sayına görə Prostun rekordunu qırıb və poul mövqelərinin sayına görə Nelson Piketin rekordunu geridə qoyub.

Top
0.050675868988037