"Qarabağ" heyətini gücləndirmək üçün "Sumqayıt" klubunun müdafiəçisi Elvin Bədəlovu transfer etmək istəyir.
Kriminal.Az "Sport24"ə istinadən xəbər verir ki, futbolçu özü də Qurban Qurbanovun komandasına yollanmağa razıdır. Sadəcə, "süvarilər" üçün 29 yaşlı müdafiəçinin keçidi prioritet sayılmır. Hər şey limit məsələsindən asılıdır.
İcraiyyə Komitəsi Premyer Liqada limiti aradan götürəcəyi halda "Qarabağ" Bədəlovun əvəzinə düşərgəyə legioner müdafiəçi dəvət edəcək. Yox, limit qalacağı halda Qurbanov yerli statusuna görə Elvini komandasına dəvət edəcək.
"Qarabağ"dan başqa "Neftçi" də müdafiəçinin transferində maraqlıdır. Paytaxt klubunun baş məşqçisi Samir Abasov isə limitin ləğvindən asılı olmayaraq, Bədəlovu komandasında görmək istəyir.
Qeyd edək ki, Bədəlovun "Sumqayıt"la müqaviləsi 2025-ci ilin iyununda başa çatır.