"Vaşinqton dünyanın digər dövlətlərində keçirilən seçki prosesinə müdaxilə etmək üçün milyonlarla dollar xərcləyib".
Kriminal.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib.
ABŞ prezidenti buna misal olaraq Hindistandakı seçkini nümunə göstərib.
O qeyd edib ki, ABŞ təkcə Hindistanda seçici fəallığına 21 milyon dollar xərcləyib.