kriminal.az

"Kəpəz" Conston Omurvanı heyətinə cəlb edib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bir müddətdir Gəncə klubu ilə birlikdə məşq edən keniyalı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Omurva mərkəz müdafiəçisi mövqeyində çıxış edir. 26 yaşlı oyunçunun son klubu Səudiyyə Ərəbistanı təmsilçisi "Abha" olub. Keniya millisinə dəvət alan Conston Portuqaliyada "Eştrela"nın da formasını geyinib.

Top
0.052416801452637