"Qarabağ" Misli Premyer Liqasının XXVIII turunun açılış oyununda "Turan Tovuz"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda qonaqlar 1:4 hesablı qələbəyə seviniblər.
Ağdam təmsilçisinin heyətində Kadi Borges (16 p, 84) Nəriman Axundzadə (32) və Aleksey Kaşuk (90+1) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Aleks Souza (30) vurub.
"Köhlən atlar" 28 turdan sonra 67 xalla liderdirlər. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, XXVIII tura martın 30-da yekun vurulacaq.
Bu gün Misli Premyer Liqasında XXVIII tura bir görüşlə start veriləcək.
Oxu.Az xəbər verir ki, turun ilk oyununda "Turan Tovuz" "Qarabağ"ı qəbul edəcək.
Görüş saat 19:30-da start götürəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" "Araz-Naxçıvan"ı, "Sumqayıt" "Sabah"ı, "Kəpəz" "Səbail"i, "Zirə" isə "Şamaxı"nı qəbul edəcək.
28 mat
Misli Premyer Liqası
XXVIII tur
Saat 19:30, "Turan Tovuz" - "Qarabağ".