Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Oxu.Az bildirir ki, günün ikinci matçında "Sabah" "Sumqayıt"ın qonağı olub.
Qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.
Meydan sahiblərini heyətində 18-ci dəqiqədə Ronaldo Vaskez, 46-cı dəqiqədə Bobir Abdixolikov, 88-ci dəqiqədə Momo Yansane fərqlənib.
Qonaqların qollarını 6-cı və 71-ci dəqiqələrdə Umarali Raxmonaliyev, 77-ci dəqiqədə Tellur Mütəllimov vurub.
Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb. 29 xalı olan "Sumqayıt" yeddinci sıradadır.
Günün ilk matçında "Neftçi" evdə "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1.
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun vurulacaq.
Misli Premyer Liqasının XXVIII turunun ikinci oyun gününün ilk oyununda "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.
Oxu.Az xəbər verir ki, sürətli hücumlarla başlayan görüşün ilk yeddi dəqiqəsində iki qol vurulub. Əvvəlcə "Neftçi"də üçüncü dəqiqədə Bassala Sambu hesabı açıb -1:0. Dörd dəqiqə sonra toparlanan qonaqlar yeddinci dəqiqədə İssofu Paronun qolu ilə hesaba tarazlıq gətiriblər.
Qalan vaxtda komandalar çox çalışsalar da, hesab dəyişməyib.
Qeyd edək ki, günün digər matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcəl. Görüş saat 19:00-da start götürəcək.
"Neftçi" bu gün Misli Premyer Liqasında "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, XXVIII turun oyunu saat 16:45-də start götürəcək.
"Neftçi Arena"dakı qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. "Ağ-qaralar" 27 turdan sonra 31 xalla altıncı, qonaqlar 47 xalla üçüncü pillədə qərarlaşıblar.
Günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Saat 19:00-da başlayacaq görüşün baş hakimi Tural Qurbanov olacaq. "Gənclik şəhəri" təmsilçisi 28 xalla yeddinci, Bakı klubu 35 xalla beşinci sıradadır.
Misli Premyer Liqası, IV dövrə
XXVIII tur
16:45. "Neftçi" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
"Neftçi Arena"
19:00. "Sumqayıt" - "Sabah"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib.