kriminal.az

Türkiyə Superliqasında 19-cu turun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, günün mərkəzi matçında "Beşiktaş" öz meydanında "Qalatasaray"ı qəbul edib.

Gərgin keçən qarşılaşmanın ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. İkinci hissəyə yaxşı başlayan "qara qartallar" Jedson Fernandeşin 66-cı dəqiqədə vurduğu qolla 10 nəfərlə qalan "cimbom"u məğlub etməyi bacarıb.

Oyunun əsas vaxtına artırılmış dəqiqələrində "Beşiktaş"ın heyətində Semih Kılıçsoy birdəfəlik qırmızı vərəqə ilə cəzalandırılaraq, meydandan qovulub.

"Qalatasaray" 71 xalla turnir cədvəlində liderliyini qoruyur. Onun ən yaxın izləyicisi "Fənərbağça"nın 65 xalı var.

Top
0.055299043655396