kriminal.az
İtaliya A Seriyası:

İtaliya A Seriyasının 2024/2025 mövsümünün 30-cu turunda "Fiorentina" və "Atalanta"nın Florensiyada (İtaliya) qarşılaşdığı matç başa çatıb.

Oxu.Az xəbər verir ki, "Fiorentina" 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qolu 45-ci dəqiqədə "Fiorentina"nın hücumçusu Moyze Kin vurub. Matç ərzində "Atalanta"nın futbolçularına üç sarı vərəqə göstərilib.

30 oyundan sonra "Fiorentina" 51 xalla İtaliya çempionatının turnir cədvəlində 7-ci yerdədir. "Atalanta" eyni sayda oyundan sonra 58 xalla 3-cü yerdə qərarlaşıb.

Top
0.053099155426025