İtaliya A seriyasının 30-cu turunun Milanda (İtaliya) "İnter" və "Udineze" komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
12-ci dəqiqədə "İnter"in avstriyalı hücumçusu Marko Arnautoviç hesabı açıb. 29-cu dəqiqədə yarımmüdafiəçi Davide Frattezi dubl edib. 71-ci dəqiqədə "Udineze"nin müdafiəçisi Umar Sole qollardan birinin əvəzini çıxa bilib.
"İnter" İtaliya çempionatının turnir cədvəlində 67 xalla birinci, "Udineze" isə 40 xalla 10-cu yerdədir.