kriminal.az
Gürcü qapıçı:

"Valensiya" komandasının qapıçısı Georgi Mamardaşvili İspaniya La Liqasının 30-cu turunda "Real Madrid" ilə oyunda penalti zərbəsindən qabaq Vinisius Juniorla dialoqundan bəhs edib.

Oxu.Az xəbər verir ki, insayder Fabritsio Romano sosial şəbəkələrdə gürcü qapıçının sözlərinə yer verərək yazıb:

"Vinisiusla 50 avrodan mərc etdim ki, 11 metrlik cərimə zərbəsini qaytaracağam. Penaltini qaytarsam da, o, pulu mənə verməyib".

Qeyd edək ki, "Real Madrid" - "Valensiya" matçının 13-cü dəqiqəsində təyin edilən penaltini Vinisius dəqiq yerinə yetirə bilməyib.

Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Top
0.052602767944336