İngiltərə Premyer Liqasında 31-ci tur çərçivəsində bir sıra matçlar keçirilir.
Oxu.Az xəbər verir ki, lider "Liverpul" səfərdə "Fulhem"lə üz-üzə gəlib.
Mersisayd klubu mövsüm ərzində çempionatdakı ikinci məğlubiyyətini alıb. Belə ki, meydan sahibləri 3:2 hesabı ilə qalib gələrək qonaqları evə əliboş yola salıblar.
Buuna baxmayaraq, hazırda "Liverpul" 73 xalla Premyer Liqanın birincisidir. Klub ən yaxın izləyicisi "Arsenal"ı 11 xal qabaqlayır. "Fulhem" isə 48 xalla 8-ci pillədə qərarlaşıb.
Turun digər matçında növbəti mövsüm avrokuboklarda iştirak uğrunda mübarizə aparan "Çelsi" "Brentford"un qonağı olub.
"Zadəganlar" səfər matçında qolsuz heç-heçəyə nail olaraq meydandan 1 xalla ayrılıblar.
Hazırda "Çelsi" 53 xalla turnir cədvəlində 4-cü yeri tutur. Onun rəqibi isə aktivindəki 42 xalla 12-ci pillədədir.