kriminal.az
Oveçkin 26 illik rekordu qırdı

"Vaşinqton"un rusiyalı hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqasının (NHL) mövsümi çempionatlarında vurulan şaybaların sayına görə kanadalı hücumçu Ueyn Qretskini geridə qoyaraq rekord qırıb.

Oxu.Az xəbər verir ki, "Nyu-York Aylenders" ilə səfər oyununda vurulan qol Oveçkin üçün 895-ci olub. Qretskinin hesabında isə 894 vurulmuş şayba var. Hər iki oyunçu 1487 oyun keçirib.

Beləliklə də, rusiyalı 26 illik rekordu yeniləyib.

Top
0.056396007537842