kriminal.az
Ruslar Ukrayna cəbhəsini yarıb sürətlə irəliləyir - WSJ

Vladimir Putinin Donald Trampla danışıqlarında daha üstün mövqe sərgiləmək məqsədilə rus qoşunları son günlərdə Ukrayna cəbhəsində sürpriz hücumlarla cəbhə xəttini yararaq ciddi irəliləyiş əldə edib.

Kriminal.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşr yazır ki, rus qoşunlaır Donetskdə Ukrayna ordusunun ilk müdafiə xəttini yararaq sürətlə irəliləməkdədir. 

"Rusiya qüvvələri uğur qazanarsa, Kremlin əsas hədəfi olan Donetsk bölgəsinin şərqində hələ də Kiyevin nəzarətində olan şəhərlərə daha çox təzyiq göstərə biləcəklər", - nəşr yazır.

WSJ vurğulayıb ki, Rusiyanın hücumu bu həftə Alyaskada danışıqlara hazırlaşan Putinin əlini gücləndirə bilər. 

Mürtəza

Top
0.064496994018555