kriminal.az
Kremlin əsas ideoloqunun sensasion sözləri: Putin əvəz olunur? - AÇIQLAMA

Kremlin əsas ideoloqlarından sayılan rusiyalı filosof Aleksandr Duqin müasir Rusiyanın siyasi idarəetmə böhranını sərt tənqid edib. Onun bu sözlərinin Vladimir Putinə ünvanladığı deyilir: “Çar var, amma beyin yoxdur. Ölkə başsız toyuq kimi hərəkət edir.”

Maraqlıdır, bu, daxildə ciddi qarşıdurmadanmı xəbər verir? 

Mövzu ilə bağlı Kriminal.az -a danışan politoloq Samir Hümbətov bildirib ki, Duqin bu gün müasir Rusiya xarici siyasətinin əsas ideoloji fikir adamlarından biri sayılır.

Onun sözlərinə görə, Duqinin belə bir açıqlama verməsi Rusiyanın həm daxilində, həm də xaricində ciddi problemlərin olmasından xəbər verir:

"Fikirlərini daha sərt şəkildə ifadə etməsi o deməkdir ki, artıq ciddi bir narahatlıq, narazılıq var. Bu narazılıq nə ola bilər? Birincisi, Putindən narazılıq var: Rusiya dərin dövlətinin, idarəetmə sisteminin Putindən narazılığı var. İkincisi, idarəetmədən ümumilikdə narazılıq var.

Bu baxımdan düşünürəm ki, Duqinin belə bir açıqlama verməsi əslində, Rusiyanın daxilində ciddi bir qarşıdurmanın olmasından da xəbər verə bilər. Siyasi müstəvidə bir klanlararası, qruplararası güc mərkəzi arasında bir qarşıdurmanın olmasından da xəbər verə bilər. Yaxud da ki, artıq Putini əvəz edəcək yeni bir axtarışların da siqnalını verir.

Əslində Duqinin dediyində səhv bir şey yoxdur. O demək istəyir ki, "Biz faktiki olaraq xarici siyasətdə uduzmuşuq". Bu, ümumilikdə Qərbə uduzmaqdır, yoxsa yalnız Ukrayna ilə müharibəyə görə uduzmaq? Amma bunun fərqi yoxdur. Önəmlisi odur ki, reallığı dilə gətirməklə demək istəyir ki, "Əgər bilmək istəyirsinizsə, biz uduzmuşuq və buradan çıxış yolu tapmalıyıq. Bir yol xəritəsi çəkməliyik". Xüsusən də Cənubi Qafqazda itirdiklərindən sonra bunu fikirləşirlər. Yaxud deyir ki, "Biz itirə-itirə daha da gedəcəyik". Əslində, Duqinin fikrinin arxasında da bu dayanır. Yəni xüsusən ABŞ-lə görüş ərəfəsində belə bir fikrin səslənməsinin hesab edirəm ki, başqa alternativi yoxdur. Təbii ki, bu cür fikirlərin əsasında da bunu düzgün şəkildə ifadə edir".

Həmidə İbrahimova

Top
0.062325000762939