kriminal.az
Zelenski: Planım çox sadədir

Ukrayna Prezident Volodimir Zelenski Rusiya ilə mümkün atəşkəsin əldə edilməsi üçün şərtlərini açıqlayıb.

Kriminal.az xəbər verir ki, müharibəyə son qoymaq şərtlərini açıqlayan Zelenski deyib: "Planım çox mürəkkəb deyil, çox sadədir: atəşkəs. Atəşkəs zamanı biz ABŞ-nin vasitəçiliyi və dəqiq təhlükəsizlik zəmanəti ilə məsələləri müzakirə edib həll etməliyik. Kim nəyə təminat verə bilər? Məsələn, Avropa nəyə zəmanət verə bilər, ABŞ nəyə zəmanət verə bilər, ruslar nəyə zəmanət verə bilər? Kim bilir? Ortaq mövqe olmalıdır".

Zelenski eyni zamanda Ukrayna və Avropanın gələcək danışıqlar prosesində iştirakının vacibliyini vurğulayıb. "Mənim üçün Avropanın müəyyən şəkildə prosesə cəlb olunması çox vacibdir, çünki hazırda Avropadan başqa bizə təhlükəsizlik zəmanəti verən heç kim yoxdur", - o qeyd edib. 

Mürtəza

Top
0.063168048858643