Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov Azərbaycan mallarının idxalının dayandırılmasının mümkünlüyündən danışarkən və "xüsusi hərbi əməliyyat"ın çevik anlayış olduğunu və Rusiya sərhədləri boyunca geniş şəkildə tətbiq oluna biləcəyini" deyərkən Azərbaycanı hədələmədiyini vurğulayıb.
Kriminal.az Oxu.Az-a istinadən xəbər verir ki, o, bu barədə RTVI telekanalına müsahibəsində danışıb.
Xatırladaq ki, Qurulyov daha əvvəl bildirmişdi ki, Rusiya Bakının Ukraynaya humanitar yardım göndərmək qərarına cavab olaraq, Azərbaycan mallarının idxalına qadağa qoya bilər.