İnsanların ehtiyacı olmayan bir şeyi alıb daha sonra buna görə peşman olması psixi xətəlik ola bilər.
Kriminal.az “Sabah” qəzetinə istinadla xəbər verir ki, bu barədə Harran Universitetinin profesoru Mehmet Asoğlu danışıb. O deyib ki, artan alış-veriş asılılığının psixiatrik pozğunluqlara səbəb olmasının qarşısını almaq üçün müalicə mütləqdir.
“Maliyyə imkanlarını nəzərə almadan, sanki lazımmış kimi, ehtiyacı olmayan bir şeyi almaq, sonra üzüntü və peşmanlıq hissi keçirmək bu vəziyyətin şəxsin ailəvi sosial fəaliyyətini pozması, belə halın təkrarlanması artıq aludəlikdir. Bu, müalicə edilməlidir. Əks halda, sonda müxtəlif psixiatrik pozğunluqlara səbəb ola bilər".
Asoğlu müxtəlif reklamların və sosial şəbəkələrin insanları alış-verişə təşviq etdiyini, ehtiyacları olmasa belə, məmnuniyyət üçün alış-veriş edə biləcəyini söyləyib.
“Psixoloji maarifləndirmə alış-veriş asılılığı mövzusunda məlumatlılığı artırmaq üçün çox vacibdir. Məncə, ən mühüm amillərdən biri kredit kartlarından istifadə etməməkdir”,- deyə o əlavə edib.
Billurə