kriminal.az
"Ukrayna kimi istifadə olunmayacağıq"

Gürcüstan hakimiyyəti ölkədən Ukrayna ilə eyni şəkildə istifadə edilməsinə icazə verməyəcək. Hansı ki, bu da onun üçün ən ağır nəticələrə gətirib çıxarıb.

Kriminal.az xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

"Biz öz baxışlarımızla ölkəmizi qoruyuruq və ilk növbədə vətənimizin maraqlarının qorunması istiqamətində siyasət yürüdürük. Biz heç kimə imkan verməyəcəyik ki, ölkəmizdən Ukraynadan istifadə edildiyi kimi istifadə etsin və Ukraynanın ağır nəticələrini yaşasın", - Kaladze bildirib.

O qeyd edib ki, Gürcüstanı Rusiya ilə hərbi münaqişəyə çəkmək istəyirdilər.

“Baş nazirə, [hakim] partiyanın sədrinə birbaşa təhdidlər var idi ki, ölkədə ikinci cəbhə açılsın və bizi hər cür silahla təmin etsinlər”, - Kaladze deyib.

Top
0.069212913513184