Lotu Quli"nin ölümündən sonra qardaşı Namiq barəsində "Praqon" yayıldı YPX.AZ xəbər verir ki, Türkiyədə qətlə yetirilən Lotu Quli, Nadir Səlifovun ölümündən sonra onun yerinə kimin təyin olunması söz-söhbətləri səngimək bilmir. Artıq bununla bağlı həbsxanalara "Praqon" göndərildiyi bildirilir. Həmin "praqon"un olduğu ehtimal edilən yazı YPX.AZ qaynar xəttinə göndərilib. Mətn təxminən aşağıdakı kimidir. AUE. Yaşasın kriminal aləm. Praqon Kriminal aləm qanunları ilə yaşayan və ona laqeyd olmayan hər kəsi salamlayırıq. Praqonun əsas yazılma səbəbi Namiq Bakinskiydir. O, özünü qanuni oğru kimi təqdim edir. Biz oğrular nəzərinizə çatdırırıq ki, o qanuni oğru deyil və onu qanuni oğru kimi tanımayın. Bu özü-özünə ad verəni dəstəkləyən və onun yolunu gedənlərə etdikləri davranışa uyğun hərəkət olunacaq. Bununla da bitiririk. Sizə Uca Allahdan hər şeyin ən müqəddəsini, qarşılıqlı anlaşma, uğurlar arzu edirik. Səmiyyətlə qanuni oğrular: Şakro Molodoy Oleq Şişkan Badri Kutaiskiy Edik Asatryan Dato Krosnadarskiy Quram Kvejoviç Kaxa Parpaliya Uqlava Georgiy Axmed Şalinskiy Albert Rıjiy Ozmanov Şalva Zaur Naxçıvanskiy Emin Hacıqabulskiy İlqar Dmanniskiy Qleb Kineşemskiy Roma Kürd Qoradze Mindiya Hüseyn Slepoy Dato Surqutskiy