kriminal.az
Xaçmaz şəhərində naməlum qadın meyiti tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazda evdən qadın meyiti tapılıb.

“Report”un məlumatına görə, Şirinbalayeva Mafizə Gülmalı qızının meyiti şəhərin Asif Cəbrayılov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, o, bir neçə gün öncə ölüb. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Top
0.080218076705933