kriminal.az
Aviasiya sahəsində təhlükəsizlik sisteminin sınağının keçirilməsi məqsədilə qrup yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aviasiya sahəsində təhlükəsizlik sisteminin sınağının keçirilməsi məqsədilə qrup yaradılacaq.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Təhlükəsizlik sisteminin sınağının keçirilməsi məqsədilə yaradılan qrupa aşağıdakı şəxslər daxil edilirlər:

- Qrupun rəhbəri;

- Qrupun inzibati heyəti;

- Qrupun digər üzvləri.

Təhlükəsizlik sisteminin sınağı ixtisaslı və xüsusi təlim keçmiş personalın nəzarəti altında aparılır. Qrupa daxil olan hər bir şəxs yoxlamanın istiqamətləri üzrə müvafiq hazırlıq keçir. Həmçinin, qrupa daxil edilən hər bir şəxs məxfi məlumatların yayılmamasına dair yazılı iltizam verir.

Qeyd edək ki, aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamalar Aviasiya Agentliyi tərəfindən həyata keçiriləcək.

Top
0.060326814651489