kriminal.az
Firdovsi Ağaşirinov: “Sığorta ödənişindən imtina halları fermerləri küsdürür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz fermerlərlə əməkdaşlıq edirik, onların maliyyələşmə məsələləri ilə bağlı maarifləndirici tədbirlər görürük”.

Kriminal.Az xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondu sədrinin müavini Firdovsi Ağaşirinov Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün təşkil edilən aqrar sığorta təlimində çıxış edərkən deyib.

O bildirib ki, bununla bağlı regionlarda fəaliyyət göstərən filialların əməkdaşları da gecə-gündüz çalışırlar:

“Bu işləri həm də siz jurnalistlər vasitəsilə ictimaiyyətə çatdırırıq. Müxtəlif vasitələrlə - dərgilər, videoçarxlarla fermerlərin diqqətinə çatdırırıq. Ən böyük rol isə sığorta ödənişlərinin həyata keçirilməsidir. Bu ödənişləri alan fermer növbəti dəfə özü ilə bərabər daha 10 fermeri də aqrar sığorta fonduna cəlb edir. Amma sığorta ödənişindən imtina halları da öz növbəsində 20 fermeri sığorta ödənişindən küsdürür. Bu da bir yanaşmadır. Ona görə də Aqrar Sığorta Fondunun qurulmasında əsas məqsəd fermerin yanında olmaqdır və biz hər il bu hədəfə bir az da yaxınlaşırıq. Bundan kənarlaşmırıq. Fond qeyri-kommersiya qurumudur, burada mənfəət güdülmür. Sığorta hadisələri olduğu təqdirdə biz fermerlərə maksimum dəstək oluruq”.

F.Ağaşirinov onlarla çalışan mütəxəssislərin seçim prosesindən də danışıb:

“Aqrar Sığorta Fondu yarananda yeniliklər gətirəcəyi deyilmişdi. Bunlardan biri də bu sahədə ixtisaslaşdırılmış sığorta ekspertləri institutunun formalaşmasıdır. Bizim burada üç istiqamətimiz var. Hər üç istiqamət üzrə sahənin peşəkarları olmalıdır ki, onlar müstəqil ekspert olsunlar. Onlar sahə üzrə təhsilə malik olmalı, Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərdən, eləcə də, Dövlət İmtahan Mərkəzindən sertifikasiyadan keçməlidirlər. Bu ağır sınaqlardan keçən şəxslər bizim müstəqil ekspertlər olur. Hazırda hər üç istiqamətdə reyestrdə bizim 50-dən çox müstəqil ekspertlərinin var”.

Könül Cəfərli

Top
0.089345932006836