kriminal.az
Amit Quluzadə niyə istefa verib? - Özü AÇIQLADI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan 2-ci liqasında mübarizə aparan “Füzuli”nin baş məşqçisi Amit Quluzadə klubdan ayrılıb.

Bu barədə 31 yaşlı mütəxəssis öz sosial şəbəkə hesablarında məlumat yayıb. O, vəzifəsindən istefa verdiyini bildirib.

Görəsən, gənc mütəxəssisin gedişinin səbəb nədir?

Məsələ ilə bağlı Football-plus.az Amir Quluzadə ilə əlaqə saxlayıb.

“Füzuli” rəhbərliyinə, klubda işləyən hər kəsə təşəkkür edirəm. Sadəcə, son oyunlardakı nəticə ürəyimcə olmadığı üçün komandadan ayrılıram. Bu andan etibarən klubla heç bir əlaqəm yoxdur. Mənə güvəndiklərinə görə hər kəsə minnətdaram” , - deyə baş məşqçi bildirib.

Top
0.1007969379425