kriminal.az
Zelenski:

Ukrayna Prezidenti Volodimir Zelenski qələbə planının hazırlanmasından danışıb.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə dövlət başçısı axşam videomüraciətində bildirib.

"Bu gün biz artıq deyə bilərik ki, qələbə planımız tam hazırlanıb - bütün məqamlar, bütün əsas vurğular, plana lazımi əlavələr hazırlanıb. Əsas məsələ onu həyata keçirmək əzmidir", - Zelenski qeyd edib.

Onun sözlərinə görə, müharibənin dondurulmasına və ya Rusiyanın təcavüzünü sadəcə olaraq başqa mərhələyə keçirəcək hər hansı digər manipulyasiyalara yer yoxdur və ola da bilməz.

"Bizə Ukrayna və bütün Avropa üçün etibarlı və uzunmüddətli təhlükəsizlik lazımdır", - o vurğulayıb.

Məlumdur ki, bu plan həm ABŞ-nin hazırkı Prezidenti Co Baydenə, həm də iki namizədə - Kamala Harris və Donald Trampa təqdim olunacaq.

Top
0.12245011329651