kriminal.az
Mikayıl Cabbarov: “2019-cu ildən bəri qeyri-neft-qaz sektorunda 350 min yeni iş yeri yaradılıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda 2019-cu ildən bəri qeyri-neft-qaz sektorunda 350 min yeni iş yeri yaradılıb”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Dayanıqlı maliyyə və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda bildirib.

“Bu, ildə 70 min iş yeri deməkdir, bağlanmış iş yerləri ilə müqayisədə çoxdur və Azərbaycanda güclü özəl qeyri-neft-qaz sektorunun inkişafı üçün atılan xüsusi addımların nəticəsidir”, - deyə o qeyd edib.

Nazir həmçinin əlavə edib ki, son 20 ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) real ifadədə 4 dəfə, adambaşına düşən ÜDM isə 3,2 dəfə artıb.

Top
0.20732998847961