kriminal.az
Dominikan rəsmisi: “Qadınların əmək bazarında iştirak hüquqları daha da genişləndirilməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qadınların əmək bazarında iştirak hüquqları daha da genişləndirilməlidir”.

“Report” xəbər verir ki, bunu Dominikan Qadın İşləri Nazirliyinin bölmələrarası əlaqələndirmə üzrə müavini Melesia Mireya Almonte Taveras noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Dominikanda 2022-ci ildən bəri 782 qadın onlar üçün təşkil edilən proqramlardan bəhrələnib:

“Dominikan Qadın İşləri Nazirliyi qadınların hüquqları istiqamətində boşluqları görür. Bu gün dünya ölkələri qadın-kişi bərabərsizliyində boşluqları aradan qaldırmaq üçün çalışırlar. Son 50 ildə Dominikanda qadının proseslərdə iştirak dərəcəsi artıb. Ancaq ümumilikdə Dominikanda gender boşluğu üzrə problemlər var. Əsas qərarvermə hüququna sahib olma üzrə 74 faizi kişilər təşkil edir. Qadınların əmək bazarında kişilərlə birlikdə iştirak etmək üçün hüquqları daha da genişləndirilməlidir. Beynəlxalq müqavilələr və öhdəliklər bərabərsizliyin həll edilməsi baxımından önəmlidir”.

Top
0.08716893196106