kriminal.az
Zabux kəndinə sakinlərin qayıdışı davam edir

Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Kriminal.Az-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 25 ailə (93 nəfər) Zabux kəndinə yola salınıb.

Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 121 ailə (473 nəfər) köçürülüb.

Aytac Qasımova

Top
0.082848072052002