kriminal.az
“Formula 1” Abu Dabi Qran Prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu

Niderlandlı “Red Bull” pilotu Maks Ferstappen 2023-cü il mövsümünün “Formula 1” Dünya Çempionatı üzrə sonuncu mərhələ olan Əbu-Dabi Qran Prisinin təsnifat yarışlarının qalibi olub.

İkinci yeri “Ferrari”dən moneqasklı Şarl Lekler tutub. “McLaren”dən avstraliyalı Oskar Piastri isə ilk üçlüyü qapayıb.

Bazar günü baş tutacaq növbəti yarış Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu, mövsümün finalı olacaq.

Mənbə: TASS

Top
0.070217847824097