kriminal.az
Azərbaycanlı xanımından ayrıldığı deyilən kamerunlu futbolçudan xəbər var - FOTO

Azərbaycanlı həyat yoldaşı Adelia Hacıyeva ilə ayrıldığı deyilən “Keşlə”nin (indiki “Şamaxı”)  kamerunlu sabiq futbolçusu Anatole Abanq ailəsi ilə bağlı paylaşım edib.

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Al Bataeh” klubunda oynayan A.Abanq “Instaqram”da həyat yoldaşı və qızının fotolarını paylaşıb.

Futbolçu paylaşımına “Ailə hər şeydir. Sizi sonsuza qədər sevəcəyəm” şərhini yazıb.

Qeyd edək ki, bu ilin avqustunda cütlüyün ayrılması ilə bağlı məlumatlar yayılmışdı. 

Top
0.096197843551636