kriminal.az
Bakı metrosunda qatarların hərəkəti ləngiyib

Bu gün səhər saat 08:30 radələrində "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində ləngimə yaranıb.

Kriminal.Az xəbər verir ki, gecikmə metronun “Memar Əcəmi” stansiyasında daha çox hiss edilib. Sərnişinlərin sözlərinə görə, “Dərnəgül-Həzi Aslanov” xətti üzrə hərəkət edən bəzi qatarlar gecikib, bir neçəsi isə “Memar Əcəmi” stansiyasında sərnişinləri boşaldaraq geri qayıdıb. Nəticədə 20 dəqiqəyə qədər yubanma olub.

Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “Dərnəgül-Bakmil” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər “Nəsimi” stansiyasında düşürülüblər. Qatar baxış keçirilməsi üçün “Memar Əcəmi” stansiyasında dalan yola verilib.

Xətlər üzrə yubanma, qatarların hərəkət sahəsindən asılı olaraq, 3-5 dəqiqə təşkil edib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Top
0.079509019851685