kriminal.az
Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Oğuzda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Sincan kəndində baş verib.

Rayonun Sican kənd sakini, 2003-cü il təvəllüdlü Elcan Təbriz oğlu İsrafilov BMW markalı avtomobilə idarəetməni itirib. Nəticədə minik vasitəsi yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı E.İsrafilov və avtomobildə olan həmkəndlisi, 2001-ci il təvəllüdlü Kənan Nadir oğlu İsrafilzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılara Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra müayinə edilmək üçün Qəbələ RMX-a göndərilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Top
0.08267879486084