kriminal.az
Azərbaycanın bir sıra bölgələrində qar yağır - VİDEO

Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ən çox qar Qubanın Qrız və Xınalıq kəndlərinə yağıb. Burada qar örtüyünün hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay-Xınalıq məntəqəsində qeydə alınıb.

Xızı rayonunun Altıağac qəsəbəsində qar örtüyünün hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir.

Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb.

 

Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarına da ilk qar yağıb.

“Report”un Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq yağan yağış sonradan qara çevrilib. Daşkəsən, Gədəbəy və digər dağlıq rayonlara ilk qar yağıb.

Temperaturun enməsi və qarlı hava şəraiti səbəbindən hələ ki fəsad qeydə alınmayıb.

Qeyd edək ki, dünəndən etibarən Qərb bölgəsində küləkli, yağıntılı hava şəraiti müşahidə olunur.

Top
0.077086925506592