kriminal.az
İranda təqaüdçülər etiraz aksiyası keçiriblər - VİDEO

Bu gün İranın Kermanşah və Həmədan əyalətlərində etiraz aksiyası keçirilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, etirazçılar dövlət qulluğu sahəsində çalışmış bir qrup təqaüdçülərdir.

Qeyd edək ki, onlar “Yüksəkgəlirli ölkəyə nə oldu?”, “Müflis olmuş hökumət təqaüdçünün düşmənidir!”, “Nə Məclis, nə də hökumət xalqı düşünmür!”, “Həbsdə olan müəllim azad edilməlidir!”, “Həbsdə olan işçi azad edilməlidir!”, “Biz bütün vədləri eşitdik, amma ədalət görmədik!” kimi antihökumət şüarları səsləndiriblər.

 

Top
0.069231986999512