kriminal.az
Azərbaycan və İran XİN rəhbərlərinin növbəti görüşünün keçiriləcəyi ölkə AÇIQLANDI - YENİLƏNİB + FOTO

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.

APA xəbər verir ki, bu barədə Xəzəryanı ölkələrin XİN başçılarının dekabrın beşində Moskvada keçirilən toplantısının yekunlarına dair birgə qəbul olunmuş bəyanatda bildirilib.

“Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü 2024-cü ildə Türkmənistanda baş tutacaq”, - deyə  bəyanatda qeyd olunub.

Qeyd edək ki, beş Xəzəryanı dövlətin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) xarici işlər nazirləri Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirləri haqqında sazişin yaradılması üzrə danışıqların intensivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

“Nazirlər beştərəfli saziş layihələrinin təsdiqini başa çatdırmaq üçün danışıqlar prosesinin intensivləşdirilməsinin zəruriliyini qeyd edirlər: Xəzər dənizində hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimadın möhkəmləndirilməsi tədbirləri haqqında”, - deyə bəyanatda qeyd olunub.

Bəyanatda tərəflər həmçinin, Xəzər dənizinin dəniz mühitinin vəziyyətinin monitorinqi, qiymətləndirilməsi və məlumat mübadiləsi haqqında Tehran Konvensiyasının protokol layihəsi üzərində işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

19:23

Moskvada Xəzəryanı ölkələrin baş diplomatlarının iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında ikitərəfli görüş başlayıb.

“Report”un məlumatına görə, görüşdə nazirlər ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də aktual regional məsələləri müzakirə edəcəklər.

Top
0.075904130935669