kriminal.az
Şəkidə məhkumun basdırdığı silah aşkarlandı

Şəki rayonu Öyrət kəndi ərazisində hazırda məhkum olan şəxsin basdırdığı silah aşkar edilərək götürülüb.

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Şəki penitensiar müəssisəsində saxlanılan məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd tüfəng Şəki rayonu, Öyrət kəndi ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Top
0.1007821559906