kriminal.az
Taksidə tərk edilən uşağın valideyninin kimliyi məlum oldu

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 8-də axşam saatlarında Yasamal rayonu ərazisində taksidə tərk edilən körpənin şəxsiyyəti müəyyən edilib.

Bu barədə Kriminal.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

Araşdırmalarla körpəni tərk edən ana - 1995-ci il təvəllüdlü qadın tapılaraq şöbəyə dəvət edilib. Hazırda hadisənin baş vermə səbəbləri və təfərrüatı barədə araşdırmalar davam etdirilir. 

Top
0.071732044219971