kriminal.az
Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

21:04

Şirvanda məktəbli digər məktəblini bıçaqlayıb.

APA-nın məlumatına görə, Şirvan sakini, 2010-cu il təvəllüdlü Şakir Həsənxan oğlu Allahverdizadə sol budunun kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Onun Ümid adlı doqquzuncu sinif şagirdi tərəfindən bıçaqla vurulduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Top
0.083400011062622