QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva COP29-un Azərbaycan həvalə edilməsinin onun müasir infrastrukturu, həmçinin təhlükəsizliyi ilə bağlı olduğunu bildirib.
“Report” xəbər verir ki, o bu barədə gələn il Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti barədə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən ictimai müzakirə zamanı danışıb.
A.Əliyeva söyləyib ki, xüsusilə antiterror tədbirlərindən sonra Azərbaycan ən təhlükəsiz dövlətlərdən birinə çevrilib:
“Əlbəttə, bu, hər kəsin diqqətini çəkir”.
İcraçı direktor vurğulayıb ki, Azərbaycan, həmçinin ekoloji təhlükəsizliklə bağlı ciddi işlər görür:
“Əminəm ki, COP29-a uğurla ev sahibliyi edəcəyik və bunun dividendlərini görəcəyik. Bu bizim COP29-la bağlı ilk ictimai müzakirəmizdir. Oxşar təşəbbüslər davam edəcək”.