kriminal.az
Türkiyəli nazir: “Azərbaycanla ticarətin perspektivləri aydın görünür”

“Azərbaycanla ticarət əlaqələrimiz güclüdür, bunun perspektivləri aydın görünür”.

Bunu Türkiyənin ticarət naziri Ömer Bolat “CNN Türk”ə müsahibəsində bildirib.

O, həmçinin deyib ki, Türk Dövlətləri Təşkilatının (TDT) digər üzvləri, o cümlədən Özbəkistanla da ticarət əlaqələrinin inkişafı üçün imkanlar var.

“Bundan başqa, Qərb və Afrika ölkələri ilə də ticarət əlaqələrimiz inkişaf edə bilər”, - deyə nazir əlavə edib.

Top
0.095605134963989