kriminal.az
“Napoli” futbolçuları cəmiyyətdən tədric olundular: Rəhbərlikdən qadağa

İtaliyanın “Napoli” klubunun futbolçuları həftənin bir hissəsini ətrafdan təcrid olunmuş formada keçirəcəklər.

Xatırladaq ki, neapollular yanvarın 7-də “Torino”ya 0:3 hesabı ilə məğlub olublar və hazırda komanda A Seriyasında 9-cu yeri tutur.

Bu məğlubiyyətdən sonra “Napoli”nin idman direktoru Mauro Meluso komandanın futbolçularına bazadan çıxmağı qadağan edib. 

Lakin yerli mətbuat yazır ki, oyunçular bazada deyil, Neapoldakı hotellərdən birində yerləşdiriliblər.

Dəqiq tarixlər göstərilməsə də, komandanın yanvarın 13-də “Salernitana” ilə keçiriləcək oyuna qədər bu rejimdə çalışacağı gözlənilir.

Mənbə: La Gazzetta dello Sport

Top
0.085734128952026