kriminal.az
Azərbaycan ağırlıqqaldıranı: “Çətin olsa da, olimpiadaya lisenziya qazanmağa çalışacağıq”

“Çətin olsa da, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacağıq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov deyib.

73 kq çəki dərəcəsində mübarizə aparan idmançı hazırlıqların yüksək səviyyədə davam etdiyini bildirib: “Bizi Bolqarıstanda lisenziya xarakterli Avropa çempionatı gözləyir. Lisenziya və medallar əldə etmək istəyirik. Tailanddakı Dünya Kubokunda da əlimizdən gələni edəcəyik. Olimpiadaya son vəsiqələr məhz burada sahiblərini tapacaq. Ən böyük hədəfimiz Yay Olimpiya Oyunlarında iştirak etmək və orada bacarığımızı göstərməkdir”.

Top
0.099330902099609