kriminal.az
EEVZA: Azərbaycanın U-20 millisi ikinci oyunda da məğlub olub

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxıb.

Kriminal.Az-ın məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gəlib.

Görüş millimizin məğlubiyyəti ilə bitib - 0:3 (23:25, 9:25, 17:25).

Komandamız ötən gün Estoniyaya eyni hesabla uduzub.

U-20 turnirdə Latviya və Polşa kollektivləri ilə də qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Top
0.10258316993713