kriminal.az
Çində mədən uçub: Ölənlər və itkin düşünlər var

Çinin Henan əyalətində kömür mədənində baş verən qəzada səkkiz nəfər ölüb, daha 15 nəfər itkin düşüb. Xilasedicilər dağıntılar altında qalan 22 nəfərlə əlaqə yaradıblar.

Fövqəladə hadisə Pindinşan şəhərində baş verib.

İlkin məlumata görə, buna səbəb havalandırma sisteminin xarici hissəsində qaz və kömürün püskürməsi olub.

Yerli hakimiyyət orqanları xilasetmə əməliyyatı təşkil edib. Qəzanın təfərrüatları dəqiqləşdirilir. Hadisə yerində araşdırma aparılır.

Mənbə: TASS

Top
0.10632014274597