kriminal.az
Tanzaniyada qızıl mədəni çökdü, 20-dən çox mədənçi həlak oldu

Tanzaniyanın şimalında qızıl mədəninin çökməsi nəticəsində azı 21 mədənçi həlak olub.

Bu barədə yerli hökumətin sözçüsü Yahaya Navanda məlumat verib.

“Mədən leysan yağış nəticəsində çöküb. Ölənlərlə yanaşı itkin düşənlər də var, axtarış-xilasetmə işləri davam edir”, - deyə o bildirib.

Qəza zamanı mədəndə olan şaxtaçıların dəqiq sayı məlum deyil.

Mənbə: TASS

Top
0.10584497451782