kriminal.az
Çalhanoğludan dubl, “İnter”dən darmadağın - VİDEO

İtaliya A Seriyasının 20-ci turunda “Monza” “İnter”i qəbul edib. Qonaq komanda rəqibinə şans verməyib - 1:5.

Milanlıların heyətində türkiyəli futbolçu Hakan Çalhanoğlu dubla imza atıb.

60-cı dəqiqədə “Monza”nın futbolçusu Polladino qırmızı vərəqə alaraq ev sahiblərini azlıqda qoyub.

Hazırda “İnter” İtaliya çempionatının turnir cədvəlində birinci yerdədir. Komanda 20 turdan sonra 51 xal toplayıb. Monza isə 25 xalla 11-ci yerdədir.

 

 

Top
0.08516001701355