kriminal.az
Sindi Kroufordun qızı moda jurnalı üçün şəffaf korsetdə şəkil çəkdirdi - FOTO

ABŞ-li supermodel Sindi Kroufordun qızı Kaya Gerber “Elle” moda jurnalı üçün açıq-saçıq obrazda çəkilib.

Müvafiq fotoşəkillər nəşrin “Instagram” hesabında paylaşılıb.

Paylaşılan fotoda 22 yaşlı model boz gödəkçə və hündür beli olan cins şalvarda poza verib. Fotodan görünür ki, gödəkçənin altında tor parça ilə bəzədilmiş qara şəffaf korset var.

Gerber, həmçinin dəri gödəkçə və mavi cins şalvardan ibarət paltar dəsti ilə də şəkil çəkdirib. Eyni zamanda, o bu obrazını qara gün eynəyi və lüks “Celine” brendindən kiçik çanta ilə tamamlayıb.

Mənbə: lenta.ru

Top
0.10657405853271