kriminal.az
“Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq - VİDEO

“CinemaPlus” kinoteatrlar şəbəkəsində yanvarın 18-dən etibarən avtomobil yarışlarından bəhs edən, İtaliya və Britaniya istehsalı olan “Böyük yarış. Lancia Audiyə qarşı” filminin nümayişi başlayır.

Filmin süjeti real hadisələr əsasında çəkilib və 1983-cü ildə Dünya Ralli Çempionatında Audi Quattro və Lancia 037 komandalarının rəqabəti haqqındadır.

Burada İtalyan “Lancia” və Alman “Audi” arasında məşhur qarşıdurma hekayəsindən bəhs olunur.

Baş rollarda Daniel Brül, Rikkardo Skamarço, Folker Bruh, Keti Klarkson-Hill, Yacopo Rampini, Kay Portman və Aksel Gallua iştirak edir.

Filmin rejissor isə Stefano Mordinidir.

Top
0.077562093734741