kriminal.az
Arnold Şvartsenegger 35 min avro ödədi, sərbəst buraxıldı - YENİLƏNİB + FOTO

Almaniyanin Münhen hava limanında bahalı saatı gömrükdən keçirmək istəyərkən saxlanılan aktyor Arnold Şvartsenegger sərbəst buraxılıb. Lakin aktyor 35 min avro (təxminən 64,6 min manat) cərimə ödəməlidir.

Məlumata görə, Şvartsenegger hava limanında bir neçə saat qalıb. O, gömrükçülər tərəfindən dindirilib. Qeyd olunur ki, aktyor öz vəkillərini çağırıb. Şvartsenegger saatın hərracda satılacağını və bunun xeyriyyə layihəsi olduğunu izah etməyə çalışıb.

“Biz vergi qanunvericiliyinə uyğun olaraq cinayət işi açdıq. Söhbət idxaldan getdiyi üçün saat gömrük bəyannaməsində qeyd edilməli idi”, - Münhenin Baş Gömrük İdarəsinin nümayəndəsi Tomas Mayster bildirib.

Qeyd edək ki, saat 26 min avro dəyərində qiymətləndirilib. Aktyor həmçinin 4 min avro vergi və 5 min avro cərimə də ödəməli olacaq. Şvartsenegger məbləği kredit kartı ilə ödəməyə razı olub. Lakin gömrük rüsumlarının 50%-i nağd şəkildə ödənilməli olduğundan ona bunu etmək mümkün olmayıb. Aktyoru banka hüquq-mühafizə orqanlarının nümayəndəsi müşayiət edib.

Mənbə: BILD

20:21

Arnold Şvartsenegger Almaniyanın Münhen hava limanında saxlanılıb.

Bu gün 76 yaşlı aktyor və siyasətçi Almaniyanın Mühneh şəhərinə uçub. Oradan o, Ümumdünya İqlim Sammitinin keçirildiyi Avstriyanın Kitzbüel şəhərinə getməyi planlaşdırıb, lakin o, gömrük yoxlaması zamanı saxlanılıb.

Verilən məlumata görə, kino ulduzu bir neçə saat hava limanında polis nəzarətində olub. Problem Şvartseneggerdə ​​İsveçrənin “Audemars Piguet” brendinin dəbdəbəli saatının aşkar edildiyinə görə yaranıb. Aktyor isə onları hərracda satmaq niyyətində olduğunu iddia edib.

Mənbə: BİLD

Top
0.073755979537964